Həzrət Ayətullah Xameneinin böyük mücahid şəhid Seyid Həsən Nəsrullah və şəhid Seyid Haşim Səfiyəddinin dəfn mərasimi münasibətilə
müraciətiİslam İnqilabının Ali Rəhbəri böyük mücahid şəhid Seyid Həsən Nəsrullah və şəhid Seyid Haşim Səfiyəddinin dəfn mərasimi münasibətilə ünvanladığı müraciətdə müqavimətin bu iki böyük şəhidini ehtiramla yad edərək vurğulayıb: “Düşmən bilməlidir ki, işğal, zülm və təkəbbürə qarşı müqavimət sonsuzdur və arzulanan məqsədə çatana qədər davam edəcəkdir.”
Bu gün dəfn mərasimdə Ali Məqamlı Rəhbərin İraqda nümayəndəsi və Livana ezam olunmuş nümayəndə heyətinin üzvü höccətül-islam vəl-müslimin Seyid Müctəba Hüseyninin vasitəsilə oxunan müraciətin mətni belədir:Bismillahir-Rəhmanir-Rəhimقال الله عزّ و جل: وَ لِلّٰهِ العِزَّةُ وَ لِرَسولِهِ وَ لِلمُؤمِنینَ وَ لٰکِنَّ المُنافِقینَ لا یَعلَمون.Uca Allah buyurur: “Halbuki qüdrət yalnız Allaha, Onun Rəsuluna və möminlərə məxsusdur, lakin (bunu) münafiqlər bilmirlər.”
Böyük mücahid və bölgədəki müqavimətin aparıcı rəhbəri Seyid Həsən Nəsrullah (Allah onun məqamını uca etsin) indi izzətin zirvəsindədir. Onun pak bədəni Allah yolunda cihad torpağında dəfn ediləcək, amma onun ruhu və yolu hər gün daha şanlı görünəcək, inşallah, bu yolun yolçularına bələdçilik edəcək.Düşmən bilməlidir ki, işğal, zülm və müstəmləkəçiliyə qarşı müqavimət sonsuzdur və Allahın izni ilə arzulanan məqsədə çatana qədər davam edəcək.
Cənab Seyid Haşim Səfiyəddinin (Allah ondan razı olsun) gözəl adı və nurlu siması da bu bölgənin tarixində parlaq bir ulduzdur. O, Livandakı müqavimət rəhbərinin yaxın köməkçisi və ayrılmaz hissəsi idi.Allahın və Onun saleh bəndələrinin salamı olsun bu iki başıuca mücahidə, son zamanlarda şəhid olmuş digər igid və fədakar mücahidlərə və bütün İslam şəhidlərinə olsun. Mənim xüsusi salamım olsun əziz övladlarım, Livanın gənc qəhrəmanlarına.
Seyid Əli Xamenei3-12-1403 (21-2-2025)Biz əhdimizə vəfalıyıq - əhd_izzət
Sizin rəyiniz